Dünyanın ən kiçik avtomatı hazırlandı - FOTO | 1news.az | Xəbərlər
Dünya

Dünyanın ən kiçik avtomatı hazırlandı - FOTO

16:28 - 25 / 01 / 2019
Dünyanın ən kiçik avtomatı hazırlandı - FOTO

Silah istehsalı ilə məşğul olan "Sig Sauer" şirkəti MPX Copperhead adlı mini-avtomat təqdim edib.

1news.az-ın Oxu.az-a istinadən verdiyi xəbərə görə, avtomat silahın uzunluğu 37 santimetr, çəkisi iki kiloqram, patronun kalibri 9 millimetrdir.

Avtomat mülki və hərbi məqsədlər üçün nəzərdə tutulan versiyalarda istehsal olunur. Birinci variantda silah tapança kimi istifadə olunacaq. Hərbçilər və polislər üçün nəzərdə tutulmuş versiyada isə bir sıra əlavə funksiyalar olacaq. Bura səsboğucu, habelə atəş rejiminin dəyişdirilməsi daxildir.

MPX Copperhead 1600 dollara satılacaq.

1news.az

Paylaş:
812

Son xəbərlər

Bütün xəbərlər