İlham Əliyevlə görüşdən əvvəl Paşinyanın telefonda kimlə danışdığı məlum olub - VİDEO | 1news.az | Xəbərlər
Ermənistan

İlham Əliyevlə görüşdən əvvəl Paşinyanın telefonda kimlə danışdığı məlum olub - VİDEO

12:06 - 25 / 01 / 2019
İlham Əliyevlə görüşdən əvvəl Paşinyanın telefonda kimlə danışdığı məlum olub - VİDEO

Ermənistanın baş naziri Nikol Paşinyan Davosda Azərbaycan prezidenti İlham Əliyevlə görüşdən əvvəl sabiq prezident Levon Ter-Petrosyanla danışıb.

1news.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.

Nəşrin məlumatına görə, iki ölkə liderlərinin Davos görüşü təsadüfən olmayıb.

Onların görüşü ATƏT-in Minsk qrupu həmsədrlərinin İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şoferin (ABŞ) vasitəçiliyi ilə Ermənistanın və Azərbaycanın xarici işlər nazirlərinin Parisdəki dörd saatlıq görüşündə müzakirə edilib və planlaşdırılıb.

Qəzet, həmçinin yazıb ki,  Paşinyan Davos görüşündən əvvəl Ermənistanın ilk prezidenti Petrosyana zəng edib və onunla məsləhətləşib.

Xatırladaq ki, yanvarın 22-də İsveçrənin Davos şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında bir saat yarımlıq qeyri-rəsmi görüş keçirilib.

Görüşlə bağlı yayılmış ilkin kadrlarda Paşinyanın telefonla danışdığı əks olunub.

P.Sultanova

Paylaş:
547

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər