Ermənistanda həbsdə olan jurnalist 44 günlük aclıq aksiyasından sonra ölüb
Ermənistanın "Nubaraşen" penitensiar müəssisəsində “Haynews.am” xəbər saytı rəhbərinin müavini, eyni zamanda “Erməni qartalları: Vahid Ermənistan” partiyasının sədr müavini Mqer Yeqizaryan vəfat edib.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, Penitensiar müəssisənin mətbuat xidmətindən yanvarın 26-da onun səhhətinin qəflətən kəskin şəkildə pisləşdiyi, təcili yardım çağırılsa da, həyatını xilas etməyin mümkün olmadığı bildirilib.
Jurnalist ötən il dekabrın 5-dən aclıq aksiyası keçirirdi.
O, 2018-ci ilin dekabrında Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb, sonra isə həbs edilib. Yeqizaryana qarşı hərbiçilərin pulunu ələ keçirmə və fırıldaqçılıqla bağlı iş açılmışdı.
İstintaqa əsasən, 2014-cü ilin fevral ayından 2018-ci ilin oktyabrına qədər o, işlə və xidmətdə yüksəlişlə bağlı vəd verərək hərbçilərdən müxtəlif məbləğlərdə - 180 min dramdan 10 min dramadək (370 min dollara yaxın) rüşvət alıb.
P.Sultanova