Paşinyan: Qarabağ adından danışıqlar apara bilmərəm
Mən Dağlıq Qarabağın adından danışıqlar apara bilmirəm, Ermənistan adından danışıqlar apara bilərəm. Belə də davam edir.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan deyib.
Davos görüşünə toxunan Paşinyan deyib ki, ictimaiyyətin açıqladığı kimi bütün məsələlər barədə danışılıb.
“Mən dəfələrlə demişəm ki, bu danışıqlarda “Dağlıq Qarabağı” deyil, Ermənistan Respublikasını təmsil edə bilərəm.
Çünki Qarabağda yaşayan ermənilər Ermənistanda seçkilərdə iştirak etmirlər, yəni onlar məni baş nazir seçməyiblər. Ona görə mən Dağlıq Qarabağ adından deyil, Ermənistan Respublikası adından danışıqlar apara bilərəm”.
P.S
653