Paşinyan fevralın 1-də Merkellə görüşəcək | 1news.az | Xəbərlər
Ermənistan

Paşinyan fevralın 1-də Merkellə görüşəcək

11:02 - 29 / 01 / 2019
Paşinyan fevralın 1-də Merkellə görüşəcək

Almaniya kansleri Angela Merkel fevralın 1-də Berlində Ermənistanın baş naziri Nikol Paşinyanı qəbul edəcək.

1news.az xəbər verir ki, bu barədə erməni mətbuatı Almaniya federal hökumətinin spikeri Ştefan Saybertə istinadla məlumat yayıb.

İki ölkə liderləri işgüzar nahar çərçivəsində görüşəcəklər.

Tərəflər ikitərəfli və iqtisadi əlaqələri, xarici siyasət və təhlükəsizlik məsələlərini müzakirə edəcəklər.

P.Sultanova

 

Paylaş:
671

Son xəbərlər

Konyada güclü zəlzələ oldu

15 / 05 / 2025, 17:15
Bütün xəbərlər