XİN-dən qovulan Karapetyan Paşinyanın mətbuat katibi olacaq | 1news.az | Xəbərlər
Ermənistan

XİN-dən qovulan Karapetyan Paşinyanın mətbuat katibi olacaq

12:22 - 29 / 01 / 2019
 XİN-dən qovulan Karapetyan Paşinyanın mətbuat katibi olacaq

Ermənistanın Xarici İşlər Nazirliyinin keçmiş mətbuat katibi Vladimir Karapetyan baş nazir Nikol Paşinyanın mətbuat katibi vəzifəsinə təyin olunacaq.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bu barədə Karapetyan özü məlumat verib.

O, baş nazirdən bununla bağlı təklif aldığını deyib.

"Təklif qəbul edildi. Dövlət qulluğuna qayıtmaq mənim üçün böyük şərəfdir", - Karapetyan yazıb.

O əlavə edib ki, fəaliyyəti dövründə Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın rəhbərliyi altında fəaliyyət göstərən Erməni Milli Konqres partiyasında fəaliyyətini dayandıracaq.

Xatırladaq ki, 2008-ci ildə Karapetyan və bir sıra diplomatlar Ter-Petrosyanın rəhbərlik etdiyi müxalifətin etiraz aksiyalarını dəstəklədkləri üçün vəzifələrindən azad ediliblər.

P.Sultanova

Paylaş:
590

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər