Rusiyalı senator iclas zalında həbs edildi – TƏFƏRRÜAT | 1news.az | Xəbərlər
Dünya

Rusiyalı senator iclas zalında həbs edildi – TƏFƏRRÜAT

13:42 - 30 / 01 / 2019
Rusiyalı senator iclas zalında həbs edildi – TƏFƏRRÜAT

Senator Rauf Araşukov Rusiya Federasiya Şurasının toplantısı zamanı iclas zalında həbs olunub.

1news.az-ın Report-a istinadən verdiyi xəbərə görə, onun adı "Adıge-Xase" Gənclər Hərəkatının sədri, 36 yaşlı Aslan Jurkovun qətlində hallanır. 

2010-cu ilin martında A.Jurkov yaşadığı evin qarşısında güllələnib. R.Araşukov gənclər hərəkatı sədrinin ölümündə əlinin olması ittihamını rədd edir. 

Qeyd edək ki, 32 yaşlı R.Araşukov Qaraçay-Çərkəz Respublikasından senator seçilib. R.Araşukov təbii qaz sənayesinin tanınmış sahibkarı Raul Turkbiyeviç Araşukovun oğuludur.

Bu arada senator Rauf Araşukovun həbs edilməsinin təfərrüatı məlum olub.

Şuranın iclası əvvəlcə mətbuat üçün açıq keçirilirmiş və canlı yayımlanırmış. Lakin sonradan Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko toplantını bağlı elan edib və yayım dayandırılıb. Bundan sonra Rusiyanın baş prokuroru Yuri Çayka İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinlə birlikdə zala daxil olaraq, Rauf Araşukovun senator kimi toxunulmazlığının ləğv edildiyi barədə qərarı oxuyub. 

Bundan sonra senator iclas zalından qaçmaq istəyəndə prosesə Federasiya Şurasının sədri V.Matviyenko müdaxilə edib. O, sərt səs tonu ilə R.Araşukovu müqavimət göstərməməyə çağırıb. 

Qeyd edək ki, R.Araşukov 1986-cı il iyulun 23-də Stavropol diyarı, Qaraçay-Çərkəz Muxtar Dairəsinin Xabez aulunda anadan olub. 18 yaşında Satavropol şəhərinin deputatı seçilib. Qaraçay-Çərkəzin Prezidenti Mustafa Batdıyev 2008-ci ildə 22 yaşlı R.Araşukovu muxtar dairənin əmək və sosial inkişaf naziri təyin edib.

2008-ci ildə respublika prezidentinin köməkçisi olub. 2010-cu ildən "Vahid Rusiya" Partiyasının dəstəyi ilə Qaraçay-Çərkəz Xalq Məclisinin deputatı seçilib. Həmin ilin aprelində deputat mandatından imtina edib. 

R.Araşukov 2010-2011-ci illərdə "Qazprom"un Pyatiqorsk regionlararası filialının direktor müavini vəzifəsində çalışıb. 2011-ci illərdə Qaraçay-Çərkəz baş nazirinin birinci müavini təyin edilib. Eyni zamanda "QÇR ərazisində Federal Avtomobil Yolları"nı idarə edib.

O, 2016-cı ildən Federasiya Şurasının üzvü (senator) seçilib. 2018-ci ildə Birləşmiş Ərəb Əmirliyi sənədləri saxtalaşdırmaqda ittiham edərərk, ona qarşı cinayət işi başlayıb.

1news.az

Paylaş:
426

Sizin üçün xəbərlər

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər