İtkin düşmüş azyaşlı uşağı “qar adamı” xilas etdi – FOTO
ABŞ-ın Şimali Karolina ştatında 3 yaşlı Keysi Heteuey itkin düşüb.
1news.az-ın Ölkə.az-a istinadən verdiyi xəbərə görə, 2 gün sonra Keysini meşədə tapıblar. Uşaq bildirib ki, iki gün ərzində bir ayı ilə gəzib və yırtıcı ona toxunmayıb. Valideynləri övladlarını sağ tapdıqları üçün sevinsələr də, mətbuat əslində uşağın ayı yox, yeti, yəni "qar adamı" ilə birlikdə olduğunu iddia ediblər.
Keysi nənəsinin evi yaxınlığında oynayarkən itkin düşüb. Onu axtaranda isə yaxınlıqdakı meşəyə getdiyi ehtimal edilib. Yüzlərlə könüllü axtarışlara qoşulub. Meşənin üstündə helikopterlər də uçuşlar edib. Amma iki sutka uşağı tapan olmayıb. Hava çox soyuq olduğu və ikinci gün güclü yağış yağdığı üçün həyəcan daha da artıb.
Amma xoşbəxtlikdən iki gün sonra yerli sakin Liza Freker meşədə iti ilə gəzərkən ağlayan uşaq səsi eşidib. O, tikanlı kollara ilişib qalan Keysini tapıb. Tezliklə uşaq xəstəxanaya aparılıb və vəziyyətinin normal olduğu üzə çıxıb.
Amma Keysi onlara bildirib ki, bu iki gün ərzində bir ayı ilə gəzib. Bəs niyə ayı uşağa toxunmayıb? Yerli ayılar bu ərazidə qış yuxusuna getmirlər və qış olduğu üçün qida da çox azdır. Köməksiz uşaq isə ayı üçün yem sayılır.
Tədqiqatçılar isə bunun ayı yox, yeti olduğunu qeyd edirlər. Birincisi, yüzlərlə könüllüdən heç biri meşədə ayı izinə rast gəlməyib. Şimali Karolina meşələrində bəzən qara ayılar görünsə də, sözügedən ərazidə onları heç kəs görməyib. İkincisi, Keysi ayını sadəcə çizgi filmlərində və kitablarda görüb. Bu səbəbdən ayı ilə yetini dəyişik salıb.
Bundan başqa real ayı həqiqətən də uşağı parçalayardı və iki sutka onunla meşədə gəzməzdi. Çünki Şimali Karolinada ayıların insanlara hücum edərək öldürdüyü barədə kifayət qədər faktlar var.
1news.az