Paşinyan: Qaz qiyməti məsələsi müzakirə üçün açıqdır | 1news.az | Xəbərlər
Ermənistan

Paşinyan: Qaz qiyməti məsələsi müzakirə üçün açıqdır

10:30 - 31 / 01 / 2019
Paşinyan: Qaz qiyməti məsələsi müzakirə üçün açıqdır

Qaz qiymətləri ilə bağlı məsələ daha da müzakirə edilə bilər.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

"Biz Rusiyalı həmkarlarla razılığa gəldik ki, bu, müzakirə etməyimiz üçün açıq bir mövzudur", - deyə o, vurğulayıb.

Paşinyan bildirib ki, əsas olan məsələnin ikitərəfli məntiqdə deyil, Avrasiya İttifaqının ümumi məntiqinə əsasən həll edilməsindən ibarətdir.

Xatırladaq ki, 2025-ci ilədək Avrasiya İqtisadi İttifaqı respublikaları vahid qaz bazarı yaratmağa hazırlaşırlar. Bunun üçün isə onlar  enerjidaşıyıcıları ticarət siyasəti barədə razılığa gəlməlidirlər.

Rusiya-Ermənistan danışıqlarının yekunlarına əsasən, Rusiya qazını Ermənistana min kubmetrə görə əvvəlki kimi 150 dollara deyil, 165 dollara tədarük ediləcək.

P.Sultanova

 

Paylaş:
479

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər