Paşinyandan deputatlara "danışma" qadağası | 1news.az | Xəbərlər
Ermənistan

Paşinyandan deputatlara "danışma" qadağası

12:47 - 31 / 01 / 2019
Paşinyandan deputatlara "danışma" qadağası

Ermənistanın baş naziri Nikol Paşinyan komandasının üzvlərinə daha az danışmağı tapşırıb.

1news.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.

Nəşrin məlumatında deyilir ki, yeni hökumət komandası  üzvlərinin əhəmiyyətli bir hissəsinin susmasının daha yaxşı olması komandanın özünün daxilində də etiraf olunur.

Artıq ötən qısa müddət göstərir ki, xüsusilə deputatların bir hissəsi ictimai çıxışları və müsahibələri ilə  hökumətə, baş nazir Nikol Paşinyana bütün müxalifətdən daha çox problem yaradır.

"Çoxları razılaşır ki, burada söhbət təcrübə çatışmazlığından gedir ki, zamanla yəqin ki, bu aradan qaldırılacaq. Buna qədər isə Paşinyan deputatlara müsahibə verməyi məhdudlaşdırmağı tapşırıb.

Paşinyan xarici siyasətdə səhvə yol verməmək üçün beynəlxalq nümayəndə heyətlərinin tərkibinə daxil olan "Mənim addımım" fraksiyasından olan deputatlara ümumiyyətlə, müsahibə verməyi qadağan edib" - deyə "Past" yazıb.

P.Sultanova

 

Paylaş:
486

Son xəbərlər

Bütün xəbərlər