Paşinyanın iqamətgahından oğurluq olub | 1news.az | Xəbərlər
Dünya

Paşinyanın iqamətgahından oğurluq olub

09:30 - 01 / 02 / 2019
Paşinyanın iqamətgahından oğurluq olub

Ermənistanın baş nazirinin İrəvanın Baqramyan prospektindəki iqamətgahında oğurluq hadisəsi baş verib.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki,  iqamətgahdan 4 xatirə sikkəsi aparılıb.

Baş nazirlik aparatının istismar şöbəsinin müdiri polisə məlumat verib ki, 25-30 yanvar tarixlərində Ermənistan hökumətinin birinci binasından üçüncü mərtəbədə stenddə yerləşdirilən 4 xatirə sikkəsi oğurlanıb.

Faktla bağlı polis tərəfindən müvafiq tədbirlərə başlanılıb.

P.Sultanova

Paylaş:
520

Son xəbərlər

Şamaxıda zəlzələ olub

07 / 06 / 2026, 18:49

Karapetyan səs verib

07 / 06 / 2026, 12:39

Nikol Paşinyan səs verib

07 / 06 / 2026, 10:39
Bütün xəbərlər