Ermənistanda qardaş qardaşı qətlə yetirib | 1news.az | Xəbərlər
Ermənistan

Ermənistanda qardaş qardaşı qətlə yetirib

13:09 - 04 / 02 / 2019
Ermənistanda qardaş qardaşı qətlə yetirib

Ermənistanda 49 yaşlı bir kişi öz qardaşını öldürüb.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, fevralın 3-də axşam saatlarında qardaşlar arasında məişət zəmnində mübahisə yaranıb.

Nəticədə 1970-ci il təvəllüdlü Jirayr Nazaretyan 1973-cü il təvəllüdlü qardaşı Qevond Nazaretyanı bıçaqla vurub. O, bir qədər sonra dünyasını dəyişib.

Jirayr Nazaretyan polis şöbəsinə gətirilib və qətli törətdiyini etiraf edib. Fakt üzrə cinayət işi açılıb, istintaq davam edir.

P.Sultanova

Paylaş:
613

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər