Şarmazanov Paşinyanı mümkün qədər tez istefaya çağırıb | 1news.az | Xəbərlər
Ermənistan

Şarmazanov Paşinyanı mümkün qədər tez istefaya çağırıb

13:33 - 04 / 02 / 2019
Şarmazanov Paşinyanı mümkün qədər tez istefaya çağırıb

Paşinyan dövlətin qarşısında dayanan təhdidlərə qarşı çıxmaq iqtidarında deyil.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bunu Ermənistanın Respublika Partiyasının mətbuat katibi Edvard Şarmazanov deyib.

"Azərbaycan müharibəyə hazırlaşır, Nikol hakimiyyəti isə “Artsaxın” qəhrəmanlarını gözdən salır.

Pan-türkizm təhlükəsi artır, Paşinyan isə cəmiyyəti inqilabçılara və əks-inqilabçılar bölür.

Əvvəlki hakimiyyəti gözdənsalma ehtirası ilə o, dövlət maraqlarına zərər verəcək ifadələr səsləndirir. İnqilab Komitəsinin bölüşdürücü xəttləri və başqalarının fikirlərini dinləməmək üslubu dövlətimiz üçün çox baha başa gələ bilər.

Hakimiyyət, xüsusilə dövlət, istədiyiniz kimi sürmək üçün bir oyuncaq deyil.

Vəziyyətin bu şəkildə davam etməsindən yalnız bir çıxış yolu var: Nikolun mümkün qədər tez istefa verməsi”, - deyə şarmazanov fikirlərini yekunlaşdırıb.

P.Sultanova

 

Paylaş:
649

Son xəbərlər

Bütün xəbərlər