Adı XİN-in “qara siyahı”sında olan konqresmen ABŞ prezidentliyinə namizəd olacaq
ABŞ-ın Nümayəndələr Palatasının Demokrat Partiyasından olan üzvü Tulsi Qabbard prezidentliyə namizədliyini rəsmən bəyan edib.
1news.az xəbər verir ki, bu barədə o, özünün Tvitter hesabında məlumat verib.
Amerikalı siyasətçi 2020-ci il seçkilərində ABŞ prezident postu uğrunda mübarizəyə başlayacağını bildirib.
Planları haqqında danışan Tulsi bildirib ki, ABŞ prezidenti olacağı təqdirdə yeni soyuq müharibəni dayandırmaq və nüvə qarşıdurma riskini azaltmaq üçün çalışacaq.
Qeyd edək ki, Ermənistan parlamentinin keçmiş vitse-spikeri, respublikaçı Arpine Hovhannisyanın yaxın rəfiqəsi olan Qabbard 2017-ci ildə Dağlıq Qarabağa qanunsuz səfər edib.
Onun adı 20 sentyabr 2017-ci ildə Azərbaycan XİN-in “arzuolunmaz şəxslər” siyahısına daxil edilib.
Xanım konqresmen 2016-cı il martın 29-da “Dağlıq Qarabağın müstəqilliyini” tanıyan “sənədin” imzalandığı Havay konqresində təmsil olunur.
P.Sultanova