Paşinyanın iqamətgahından oğurlanan medallar tapılıb
Ermənistan baş nazirinin iqamətgahının əməkdaşı xatirə medallarını oğurladığını etiraf edib.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bu barədə İstintaq komitəsinin nümayəndəsi Nair Arutyunyan bildirib.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, medallar 30 yanvar tarixində üçüncü mərtəbədə istifadə olunmayan zalın stendindən yoxa çıxıb. Daha sonra isə qiymətli əşyalar yerinə qaytarılıb.
Oğurluq hadisəsi ilə bağlı cinayət işi başlanıb, müstəntiqlər təxminən 20 nəfəri dindiriblər.
1956-cı il təvəllüdlü bir xanım istintaq idarəsinə gəlib və yanvarın 30-da xatirə medallarını götürdüyünü, 31 yanvarda isə qaytarıldığını bildirib.
P.Sultanova
564