Aşotyan Paşinyana: nə qədər həyasız olmalısan ki...
Ermənistanın Respublika partiyasının sədr müavini Armen Aşotyan özünün Facebook səhifəsində baş nazir Nikol Paşinyanın Almaniyada Konrad Adenauer Fondundakı çıxışına münasibət bildirib.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, Aşotyan Paşinyanın Fondun mənzil-qərargahındakı çıxışının orijinalını dinlədiyini yazıb.
“Nə qədər kompleksli olmalısan ki, baş nazir statusunda xarici ölkədə olub, özünün vacib nitqinin çox hissəsini əvvəlki hakimiyyəti pisləməyə həsr edəsən?
Nə qədər prinsipsiz olmalısan ki, bizimlə Almaniya nasistləri arasında paralellər aparasan? Nə qədər həyasız olmalısan ki, bu sözlərindən sonra tənqid etdiyin keçmiş hakimiyyətin vacib nailiyyətlərindən birini - Avropa İttifaqı ilə Ermənistan arasında əldə edilmiş razılaşmanı özünün uğurun kimi təqdim edəsən?”, - Aşotyan qeyd edib.
P.Sultanova