Paşinyanın korteji yol hərəkəti qaydalarını pozdu: insanlardan kəskin reaksiya - VİDEO | 1news.az | Xəbərlər
Ermənistan

Paşinyanın korteji yol hərəkəti qaydalarını pozdu: insanlardan kəskin reaksiya - VİDEO

09:38 - 05 / 02 / 2019
Paşinyanın korteji yol hərəkəti qaydalarını pozdu: insanlardan kəskin reaksiya - VİDEO

Sosial şəbəkələrdə Ermənistanın baş naziri Nikol Paşinyanın kortejinin yol hərəkəti qaydalarını necə kobud şəkildə pozmasına dair video yayılıb.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bu video sosial şəbəkə istifadəçiləri arasında ajiotaj və narazılıq yaradıb.

“Bu hələ çiçəklərdir, qalan hər şey öndədir, "Cərimələyin”, "Bu ölkə respublikaya çevrilməyəcək", "Serjin dövründəki  eyni vəziyyət”, "Artıq olar, çünki o, artıq öyrənib”, "O, baş nazirdir və nümunəvi xidmət etməlidir. Bu, sadə qaydalardır, amma özü hamını öyrədir”, "Əgər hər kəs qanun qarşısında bərabərdirsə, onda cərimələyin”, "Nikol nə etməsindən asılı olmayaraq, haqlıdır”.

Sosial şəbəkə istifadəçiləri bu məzmunda şərhlər yazaraq hadisəyə reaksiya veriblər.Bir çoxları isə Paşinyanın salonda olmadığını yazıblar.

Baş nazirin mətbuat katibi Vladimir Karapetyan məsələyə aydınlıq gətirib. Onun sözlərinə görə, Paşinyan həmin vaxt həqiqətən də avtomobilin içində olmayıb. Baş nazir korteji buraxaraq küçədə piyada gedib. Təhlükəsizlik nəzərə alınaraq, kortej dərhal onun istiqamətinə çevrilib  və buna görə də yol qaydaları pozulub.

Karapetyan qeyd edib ki, qanun belə fövqəladə hallarda tədbirlər müəyyənləşdirir.

P.Sultanova




Paylaş:
896

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər