Makron 24 apreli Fransada "erməni soyqırımı"nı anma günü elan edib
Aprelin 24-ü Fransada qondarma “erməni soyqırımı” qurbanlarının xatirəsi günü kimi qeyd ediləcək.
1news.az "Reuters"ə istinadla xəbər verir ki, bu barədə prezident Emmanuel Makron Fransanın erməni təşkilatlarının koordinasiya şurasının illik naharında bildirib.
Makron xatırladıb ki, Fransa “erməni soyqırımını” tanıyan və qınayan ilk ölkələrdən biri olub.
Qeyd edək ki, Fransa 2001-ci ildə Fransa qondarma “erməni” soyqırımını rəsmən tanıyıb.
P.Sultanova
991