Vəkil: Rəsmən bəyan edirəm ki, Koçaryan siyasi məhbusdur | 1news.az | Xəbərlər
Ermənistan

Vəkil: Rəsmən bəyan edirəm ki, Koçaryan siyasi məhbusdur

15:56 - 07 / 02 / 2019
Vəkil: Rəsmən bəyan edirəm ki, Koçaryan siyasi məhbusdur

Mən rəsmi olaraq Robert Koçaryanın siyasi məhbus olduğunu bəyan edirəm.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bunu sabiq prezident Koçaryanın vəkili Ayk Alumian bildirib.

O deyib ki, Apellyasiya Məhkəməsinin Koçaryanın həbsdə qalmasına dair qərarından Ali Məhkəməyə müraciət edəcəklər.

Onun sözlərinə görə, vəkillər qrupu Avropa İnsan Haqları Məhkəməsinə göndərəcəkləri Koçaryanın işi üzrə şikayətə bugünkü qərarı da daxil edəcəklər.

"Mən rəsmi olaraq bəyan edirəm ki, Robert Koçaryan siyasi məhbusdur və biz Avropa Məhkəməsinə müraciətimizdə bu müddəaya mütləq toxunacağıq", vəkil vurğulayıb.

Xatırladaq ki, Ermənistanın Apellyasiya Məhkəməsi bu gün keçmiş prezident Robert Koçaryanın həbs qərarını qüvvədə saxlayıb.

Prokuror Vaaqn Muradyan deyib ki, məhkəmə Koçaryanın vəkillərinin müraciətini tamamilə rədd etdi, o, həbsdə qalmaqa davam edəcək.

P.Sultanova

Paylaş:
544

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər