İstanbulda bina çökdü: ölənlər və yaralananlar var – VİDEO | 1news.az | Xəbərlər
Dünya

İstanbulda bina çökdü: ölənlər və yaralananlar var – VİDEO

09:40 - 07 / 02 / 2019
İstanbulda bina çökdü: ölənlər və yaralananlar var – VİDEO

İstanbulun Kartal rayonunda 8 mərtəbəli bina çöküb. 

1news.az-ın məlumatına görə, hadisə yerinə xeyli sayda təcili yardım, yanğınsöndürmə və polis briqadası göndərilib.

Müşahidə kameralarına əks olunmuş kadrlardan görünür ki, bina qəflətən uçub və hadisə zamanı insanlar qaçmağa başlayıb. 

Binanın çökməsinin səbəbləri məlum deyil. İlkin ehtimallara görə, bina baş verən partlayışdan sonra uçub.

Hadisə zamanı iki nəfər ölüb, altı nəfər yaralanıb.

1news.az

Paylaş:
750

Son xəbərlər

Bütün xəbərlər