Karapetyan gizli siyasi oyunlara başlayır | 1news.az | Xəbərlər
Ermənistan

Karapetyan gizli siyasi oyunlara başlayır

15:01 - 08 / 02 / 2019
Karapetyan gizli siyasi oyunlara başlayır

Ermənistanın keçmiş baş naziri Karen Karapetyan hazırda Ermənistandadır.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, o, hazırda həbsdə olan ikinci prezident Robert Koçaryanın komandasını dəstəkləməklə siyasi proseslərdə iştirak edəcək, bu səbəbdən də “gölgə” içindədir.

 "Karapetyanın reytinqi hazırda çox yüksəkdir və hökumətin davamlı səhvləri üzündən, real hökumət proqramının əvəzinə tostların irəli sürülməsi ölkənin iqtisadi siyasəti iflasa uğrayıb, belə olan halda Karapetyanın meydana çıxması uğurlu ola bilər, - deyə mətbuat yazıb.

Qeyd edilib ki, hazırda siyasətə qayıdış təkliflərini rədd edən Karapetyan sabiq enerji nazirinin müavini Hayk Harutyunyan və onunla əlaqəli ciddi mütəxəssislər bloku ilə “oynayır".

Harutyunyan Ali Məhkəmə Şurasının rəhbəri Qaqik Harutyunyan və Milli Təhlükəsizlik Xidmətinin rəis müavini Arzuman Harutyunyan qardaşı oğlu, həmçinin Karapetyanın kürəkənidir.

P.S

Paylaş:
674

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər