Rusiyanın tanınmış aktyoru vəfat edib
Moskvada Rusiyanın tanınmış teatr və kino aktyoru Sergey Yurski 83 yaşında vəfat edib.
1news.az-ın verdiyi xəbərə görə, bu məlumatı “Mossovet” teatrının mətbuat xidməti yayıb.
Məlumatda deyilir: “Bu gün səhər Rusiyanın xalq artisti Sergey Yuryeviç Yurski vəfat edib”.
Məlumat üçün bildirək ki, 1957-ci ildən filmlərə çəkilən Yurski 1976-cı ildə Kamil Rüstəmbəyovla Şamil Mahmudbəyovun birlikdə çəkdiyi “Dərviş Parisi partladır” filmində Müsyö Jordan obrazını yaratmışdı.
Kinematoqrafiyada ən sonuncu rolu isə “Yoldaş Stalin” filmində Stalin obrazı olub. Yurski xəstəliyi ilə əlaqədar 2011-ci ildən sonra kino nümunələrində rol almırdı.
Yurski Rusiya hakimiyyətinin kəskin tənqidçisi kimi tanınırdı. Aktyor ölkəsinin Krımı işğal etməsini çox tənqid edirdi. Kinematoqrafiyada son rolu Stalin obrazı olsa da, müsahibələrində Rusiyanın stalinizmə yoluxmasından narahatlığını bildirirdi. Krımla bağlı çıxışlarına görə Ukraynada çox sevilir.
Yurskinin yeganə övladı olan Darya Yurskaya da aktrisadır. O, Moskva Bədii Teatrında işləyir.
1news.az