Arpine Ovannisyan Sarkisyanın partiyasını tərk etdi | 1news.az | Xəbərlər
Ermənistan

Arpine Ovannisyan Sarkisyanın partiyasını tərk etdi

16:12 - 11 / 02 / 2019
Arpine Ovannisyan Sarkisyanın partiyasını tərk etdi

Ermənistan parlamentinin sabiq vitse-spikeri Arpine Ovannisyan eks president Serj Sarkisyanın rəhbərlik etdiyi Respublika partiyasını tərk edib.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bu barədə o, Facebook səhifəsində yazıb.

O qeyd edib ki,  2018-ci ilin parlament seçkiləri 16 il dövlət qulluğu, 7 il partiya fəaliyyətindən sonra yeni istiqamətlər barədə düşünməyinə səbəb olub.

Sabiq vitse-spiker ölkədə baş verən hadisələrə biganə qalmamaq üçün növbəti fəaliyyət sahəsini seçdiyini vurğulayıb. Ovannisyan ötən həftə lisenziya aldığını və vəkil kimi çalışacağını yazıb.

P.S

Paylaş:
683

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər