Paşinyandan deputatlara: müzakirələrdə fəal olun, telefonla oynamayın
Ermənistanın baş naziri Nikol Paşinyan "Mənim addımım” blokunun deputatlarına hökumətin proqramının parlamentdəki müzakirələrində fəal iştirak etməyi tapşırıb.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, deputatlar üçün çıxış mətnlərinin əksəriyyəti hökumət aparatında yazılıb.
Ermənistan parlamenti üçüncü gündür ki, hökumətin proqramını müzakirə edir. Baş nazirlə sual vermək üçün 53 millət vəkili, çıxış üçün isə 42 nəfər qeydiyyata yazılıb. Onların əksəriyyəti isə Paşinyanın blokunun deputatlarıdır.
Erməni mətbuatının yazdığına görə, parlamentdə baş nazirin iştirakı ilə keçirilən fraksiya görüşündə proqramın müzakirəsi formatı təqdim olunub.
Paşinyan komanda üzvlərini fəal olmağa və iclas zalında "telefonla oynamamağı" tapşırıb.
Baş nazir bəzi şəxslərə sualları özü verib, əksəriyyətə isə onun aparatından yazılı suallar təqdim edilib.
P.S