Yenilənməsi çox çətin olan 12 REKORD
1955-ci ildə "Ginnesin Rekordlar Kitabı" populyarlaşdıqdan sonra insanlar rekordları yeniləməyə çaılışırlar.
1news.az-ın Ölkə.az-a istinadən verdiyi xəbərə görə, bununla belə, elə rekordlar var ki, onları yeniləmək mümkün deyil. Siyahını oxucularımıza təqdim edirik.
Topu səbətdən dalbadal 5221 dəfə keçirmək
Ted Seynt Martin ömrü boyu, hətta kollecdə oxuyanda da basketbol oynamayıb. Amma həyatı boyu dəqiq rekordlara imza atıb. 1975-ci ildə Harold Levitt səbətə 499 top atdı. Amma Ted Seynt bu rekordu 739 rəqəmi ilə yenilədi. Tedin 75 yaşı olanda isə 5221 dəfə ardıcıl olaraq səbətə top atdı.
İldırım eyni adamı 7 dəfə vurdu
Roy Sallivan ABŞ-ın Şenandoa milli parkının əməkdaşı olub. 1942-1977-ci illər ərzində onu yeddi dəfə ildırım vurub. Bu, parkın həkimi tərəfindən rəsmi qeydə alınıb. Sallivan isə etiraf edib ki, atası ilə ot biçəndə ildırım onun dəryazını vurub.
68 il davam edən hıçqırıq
Çarlz Osbornun 28 yaşı olanda qəribə hadisə baş verdi. O, 159 kq çəkisi olan donuz cəmdəyi qaldırdı və yıxıldı. Amma bundan sonra onda hıçqırıq başladı və bu, 68 il davam etdi. Amma hıçqırıq Çarlza yaşamağa mane olmayıb. Çarlz iki dəfə evlənib və 8 uşağı olub. 1990-cı ildə hıçqırıq dayandı.
Amma bir neçə ay sonra Çarlz mədə xorası xəstəliyindən dünyasını dəyişdi. Hesablamalara əsasən, Osborn bu dövr ərzində 595 milyon dəfə hıçqırıb.
Avstraliyalı 26 il göbəyinə yığılan tükü yığıb
Avstraliyalı Qrem Barker 1984-cü ildən göbəyinə yığılan tükləri yığmağa başlayıb. Bu günə qədər də bu rekord heç kəsi maraqlandırmayıb.
Maykl Ceksonun "Thriller" albomu 30 dəfə platin albom seçildi
Pop kralının "Thriller" albomu ötən ilin dekabr ayında 30-cu dəfə platin albom seçilib. Alboma "Beat it", "Billie Jean", "Thriller" kimi hitlər daxil edilib.
Futbol oyununda təmiz qələbə
1916-cı ildə "Georgia Tech" tələbə komandası "Cumberland" komandasını 222-0 hesabı ilə məğlub edib.
Güləşçi bir dəfəyə 119 banka pivə içdi
Peşəkar fransız güləşçi Rene Rusimov akromeqaliya xəstəliyindən əziyyət çəkirdi və nəhəng adam idi. Onu hətta dünyanın səkkizinci möcüzəsi də adlandırıdılar. Rene spirtli içkilərin aludəçisi idi. Boyu 224 sm, çəkisi 240 kq olan pəhləvan 6 saat ərzində 119 banka pivə içib.
Mini Cooper-ə 28 nəfər mindi
2012-ci ilin noyabr ayında 28 britaniyalı gimnast yeni dünya rekorduna imza atdı. Onlar 10 dəqiqə ərzində kiçik bir avtomobilə yerləşə bildilər.
Xokkeyçi Ueyn Qretski
XX əsrin ən məşhur idmançılarından biri sayılan kanadalı Ueyn karyerası boyu 61 rekorda imza atıb. O, 894 təmiz qol vurub, 1963 qolu isə ötürmə ilə həyata keçirib. Mövsüm ərzində 92 qola imza atmaqla rekord vurub.
Dünyanın ən hündür adamı
Amerikalı Rober Uodlou tarixin ən hündür adamıdır. Onun boyu 272 sm olub. 8 yaşı olanda onun boyu 188 sm, 18 yaşında isə254 sm olub. Məktəbi bitirdikdən sonra sirklə ABŞ-ın bütün ştatlarını gəzib. Sonra isə hüquq təhsili almaq üçün kollecə daxil olur. Amma 22 yaşı olanda vəziyyəti pisləşdi və dünyasını dəyişdi.
Beysbolda qəribə hadisə
1999-cu ildə beysbol oyunu zamanı "Cardinals" komandasının oyunçusu Fernando Tatis bir inninq zamanı iki qrand-slem edərək rekorda imza atdı.
358 nəfər eyni anda tverk oynadı
2013-cü ildə rep ifaçısı Biq Frediya 358 nəfərin eyni anda tverk oynadığı tədbir təşkil etdi.
1news.az