Koçaryana, Ohanyana və Xaçaturova ittiham elan olunacaq | 1news.az | Xəbərlər
Ermənistan

Koçaryana, Ohanyana və Xaçaturova ittiham elan olunacaq

14:55 - 18 / 02 / 2019
Koçaryana, Ohanyana və Xaçaturova ittiham elan olunacaq

Ermənistanın  Xüsusi İstintaq Xidməti 1-2 mart 2008-ci il hadisələri ilə əlaqədar cinayət işində ilkin araşdırmanı tamamlandığını açıqlayıb.

1news.az bu barədə erməni mətbuatına istinadla xəbər verir.

Məlumatda deyilir ki, istintaq Ermənistanın ikinci prezidenti Robert Koçaryan,  silahlı qüvvələrinin baş qərargahının sabiq rəisi Seyran Ohanyan, müdafiə nazirinin keçmiş müavini Yuri Xaçaturov və prezident administrasiyasının rəhbəri vəzifəsini icra edən Armen Qevorkyana qarşı iddia qaldırmaq üçün kifayət qədər dəlil olduğu qənaətinə gəlib.

Robert Koçaryan, Seyran Ohanyan və Yuri Xaçaturov Ermənistanda konstitusiya qurluşunu devirməklə ittiham olunurlar. İstintaq keçmiş dövlət başçısını həmçinin, böyük miqdarda rüşvət almaqda günahlandırır.

Armen Qevorkyan isə konstitusiya qurluşunu dəyişməklə yanaşı, böyük miqdarda rüşvət almaqda, qanunsuz əmlak əldə etməkdə ittiham edilir.

İttihamnamə tezliklə məhkəməyə göndəriləcək.

P.S.

 

Paylaş:
660

Son xəbərlər

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər