Marukyan: Və bu, yeni Ermənistandır?! | 1news.az | Xəbərlər
Ermənistan

Marukyan: Və bu, yeni Ermənistandır?!

16:36 - 18 / 02 / 2019
Marukyan: Və bu, yeni Ermənistandır?!

“Parlaq Ermənistan” partiyası parlament fraksiyası hökumətin təqdim etdiyi bütün layihələrə səs vermək fikrində deyil.

1news.az xəbər verir ki, bunu partiyanın rəhbəri Edmon Marukyan deyib.

O bildirib ki, hökumətin proqramının əleyhinə səs verdikdən sonra "Aykakan jamanak”, “Jamanak” qəzetləri barələrində ağlagəlməz məqalələr dərc edib, müxalifətin maskasının yırtıldığını və "Parlaq Ermənistan" partiyasının sabiq prezident Sarkisyanla görüşdüyünü, onun himayəsinə bağlı olduğunu iddia ediblər.

"Əgər qəzet belə yazırsa, mən Facebook istifadəçilərinin təhqirlərindən  necə inciyim? Yəni, Robert Koçaryan və ya Serj Sarkisyanın arxamızda dayandığını söyləməmələri üçün biz qorxumuzdan təqdim etdikləri bütün layihələrə səs verməliyik? Və bu, yeni bir Ermənistandır?! Bəli ... artıq çatmışıq, düşün.

Təəssüf edirəm ki, müxalifətlə ilk toqquşmadan sonra hakimiyyət belə məqalələr dərc etdirir”.

P.S.

Paylaş:
736

Son xəbərlər

Əməkdar artist vəfat edib

06 / 06 / 2025, 13:25

Sabahın hava proqnozu

06 / 06 / 2025, 12:05

Çaylarda sululuq artıb

06 / 06 / 2025, 10:14
Bütün xəbərlər