Sarkisyanın qardaşı büdcəyə 18 milyon dollar verib
Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın qardaşı Aleksandr dövlət büdcəsinə 18,5 milyon dollar verib.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bu barədə baş nazirin mətbuat katibi Vladimir Karapetyan bildirib.
Aleksandr Sarkisyan Ermənistan parlamentinin keçmiş üzvüdür və iri sahibkarlıq fəaliyyətinə malikdir.
Daha əvvəl verilən məlumatda deyilirdi ki, erməni banklarından birində Sarkisyanın hesablarında 30 milyon dollar aşkarlanıb və hesablarına həbs qoyulub.
O, açıqlamasında həbsin aradan götürüləcəyi təqdirdə məbləğin bir qismini dövlətə verəcəyini vəd etmişdi.
Bu yaxınlarda isə Paşinyanın sözlərinə görə, Sarkisyan bütün məbləği büdcəyə qaytarmağı qərara alıb.
P.S.
727