Paşinyan həmsədrlərlə görüşüb
Ermənistanın baş naziri Nikol Paşinyan ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endryu Şoferi (ABŞ) qəbul edib.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiki də ştirak edib.
Nikol Paşinyan ATƏT-in Minsk qrupunun həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik etmək üçün beynəlxalq mandata malik format kimi rolunun əhəmiyyətini qeyd edib.
Həmsədrlər Paşinyanı parlament seçkilərində "Mənim addımım " blokunun qələbəsi münasibətilə təbrik ediblər.
Baş nazir yanvar ayında Davosdakı qeyri-rəsmi görüşün detalları barədə məlumat verib.
Müzakirələr zamanı tərəflər nizamlanma prosesi üçün müvafiq atmosferin formalaşdırılması ilə bağlı fikir mübadiləsi aparıb, gələcək addımlar barədə fikir mübadiləsi aparıblar.
Atəşkəs rejimi haqqında razılaşmaya əməl edilməsinin əhəmiyyəti qeyd edilib.
P.S.