Vaşinqton Mnatsakanyanın səfərini ləğv edib | 1news.az | Xəbərlər
Ermənistan

Vaşinqton Mnatsakanyanın səfərini ləğv edib

11:45 - 21 / 02 / 2019
Vaşinqton Mnatsakanyanın səfərini ləğv edib

Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanın ABŞ-a planlaşdırılmış səfəri Vaşinqton tərəfindən ləğv edilib.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, Ermənistan tərəfi bu səfərin baş tutması üçün uzun müddət işləyib.

“Burada Boltonla Paşinyan arasındakı telefon söhbəti rol oynayıb. Həmin söhbət zamanı Bolton Suriyaya missiya göndərilməsi qərarının yekun və qaçılmaz olduğunu soruşub və müsbət cavab alıb.

Ermənistan XİN hazırda bütün kanalları işə salaraq vəziyyəti düzəltməyə, xüsusilə də ABŞ dövlət katibi Mayk Pompeodan Mnatsakanyanla görüşməyə aair  dəvət almağa çalışsa da, hələ ki, heç bir nəticə yoxdur.

Erməni tərəfinin bu səfəri təşkil etmək üçün lobbiçilərdən kömək istəyəcəyi istisna edilmir. Eyni zamanda, İrəvanın Vaşinqtondakı səfiri də çox yaxşı bir vəziyyətdə deyil", erməni mətbuatı XİN-dəki mənbəyə istinadla yazıb.

P.Sultanova 

Paylaş:
772

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər