Ermənistanın ədliyyə naziri Koçaryanla görüşü barədə | 1news.az | Xəbərlər
Ermənistan

Ermənistanın ədliyyə naziri Koçaryanla görüşü barədə

15:33 - 22 / 02 / 2019
Ermənistanın ədliyyə naziri Koçaryanla görüşü barədə

Ermənistanın ədliyyə naziri Artak Zeynalyan ölkənin həbsdə olan ikinci prezidenti Robert Koçaryanla görüş barədə məlumatları nə təsdiqləyib, nə də təkzib edib.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, Zeynalyanın Koçaryanla görüşmək istəməsi, lakin ikincinin bundan imtina etməsi barədə jurnalistlərin sualına cavabı belə olub:

"Mən bu məlumatı nə təsdiq, nə təkzib edirəm. Əgər mən onun niyə görüşü rədd etdiyini söyləsəm, bu, o demək olacaq ki, onunla görüşüb və ya görüşmədiyim faktı ilə razılaşıram.

Mənim kiminlə və hansı şəraitdə görüşməyim barədə məlumata gəlincə, bu, açıqlanmayan mövzudur”.

P.Sultanova

Paylaş:
745

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər