Tonoyan: Rusiyanın Qafqazda olması hərbi əməliyyatların bərpasının qarşısını alır | 1news.az | Xəbərlər
Ermənistan

Tonoyan: Rusiyanın Qafqazda olması hərbi əməliyyatların bərpasının qarşısını alır

10:05 - 22 / 02 / 2019
Tonoyan: Rusiyanın Qafqazda olması hərbi əməliyyatların bərpasının qarşısını alır

Kollektiv təhlükəsizlik çərçivəsində Qafqaz regionunda Rusiyanın mövcudluğu regionda hərbi əməliyyatlara yenidən başlamasının qarşısını alır və regional sabitliyin, təhlükəsizliyin qorunmasına yardım edir.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bu barədə Ermənistanın müdafiə naziri David Tonoyan Rusiyanın bu ölkədəki səfirliyində Vətənin müdafiəsi Günü münasibətilə qəbulda bildirib.

Onun sözlərinə görə, Ermənistanda yerləşən 102-ci rus hərbi bazasının şəxsi heyəti dəfələrlə qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə və yüksək döyüş hazırlığına sadiq qaldığını təsdiqləyiblər.

Müdafiə naziri Qafqaz regionunda kollektiv təhlükəsizlik sahəsində vahid bir regional hava müdafiə sisteminin yaradılması, Ermənistan və Rusiya silahlı qüvvələrinin birləşmiş qruplaşması üzrə qüvvəyə minmiş ikitərəfli hökumətlərarası sazişlərin əhəmiyyətini qeyd edib.

"Onların əhəmiyyəti qiymətləndirmək çətindir. Bu sazişlər sayəsində regionda Ermənistan-Rusiya potensialı regionda əhəmiyyətli dərəcədə artıb", - deyə Tonoyan vurğulayıb.

P.Sultanova

 

Paylaş:
635

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər