Gürcüstan prezidenti Azərbaycana səfər edəcək | 1news.az | Xəbərlər
Dünya

Gürcüstan prezidenti Azərbaycana səfər edəcək

11:07 - 25 / 02 / 2019
Gürcüstan prezidenti Azərbaycana səfər edəcək

Gürcüstan prezidenti Salome Zurabişvili fevralın 27-də Azərbaycana rəsmi səfər edəcək.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, bu barədə Gürcüstanın Azərbaycandakı səfirliyindən bildiriblər.

İkigünlük səfər zamanı S.Zurabişvili ölkə rəsmiləri ilə bir sıra görüşlər keçirəcək, ikitərəfli əməkdaşlığın aktual məsələlərini müzakirə edəcək.

Qeyd edək ki, bu, onun ölkə prezidenti seçilməsindən sonra ilk regional səfəridir.

S.Xankişiyeva

 

Paylaş:
675

Son xəbərlər

Qızıl bahalaşıb

20 / 12 / 2025, 13:25
Bütün xəbərlər