Zərif istefa verdiyini açıqlayıb
İran xarici işlər naziri Məhəmməd Cavad Zərif vəzifədən getdiyini bəyan edib.
1news.az xəbər verir ki, Zərif bu barədə Instagram səhifəsində yazıb.
"Mən İranın əziz və cəsarətli xalqına və onun hakimiyyətinə təşəkkür edirəm. Fəaliyyətimi davam etdirə bilmədiyim və xidmət zamanı bütün çatışmazlıqlara görə səmimi şəkildə üzr istəyirəm. Hər birinizə xoşbəxtlik arzulayıram”, - deyə Zərif yazıb.
İran parlamentindəki mənbənin RİA Novosti-yə verdiyi məlumata görə, deputatlar bu gün onun istefasını müzakirə edəcəklər. Prezident Həsən Ruhaninin bunu qəbul etməsi hələ məlum deyil.
P.S.
431