Məhəmməd Buxari prezident seçkilərində qalib gəlib | 1news.az | Xəbərlər
Dünya

Məhəmməd Buxari prezident seçkilərində qalib gəlib

09:28 - 27 / 02 / 2019
Məhəmməd Buxari prezident seçkilərində qalib gəlib

Nigeriyanın hazırkı prezidenti Məhəmməd Buxari ölkədə keçirilən prezident seçkilərində qalib gəlib.

1news.az RİA-Novosti-yə istinadən xəbər verir ki, bu barədə Nigeriyanın Seçki Komissiyasının bəyanatında deyilir.

Buxari Ümumi mütərəqqi konqres partiyasının (APC) namizədi olaraq seçkilərdə qələbə qazanıb.

"APC  partiyasından Məhəmməd Buxari qanunun tələblərini yerinə yetirərək və ən çox səs toplayaraq qalib elan edilir və yenidən seçildi".

Qeyd edilir ki, M.Buxari 15 milyon səs toplayaraq ən yaxın izləyicisini 4 milyon səs qabaqlayıb.

P.S.

 

Paylaş:
535

Son xəbərlər

Bütün xəbərlər