Emənistanda tibb işçiləri 2 aydır əmək haqqı almırlar | 1news.az | Xəbərlər
Ermənistan

Emənistanda tibb işçiləri 2 aydır əmək haqqı almırlar

10:35 - 27 / 02 / 2019
Emənistanda tibb işçiləri 2 aydır əmək haqqı almırlar

Artıq iki aydır ki, Ermənistanda tibb işçiləri əmək haqqı almırlar.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, xüsusilə Tibbi radiasiya və yanıq elmi mərkəzinin işçilərinə son dəfə ötən ilin dekabr ayının ortalarında əmək haqqı ödənilib. Yeni il başlayandan isə onlar bir bir qəpik belə almayıblar.

Mərkəzin laborator diaqnostika şöbəsinin müdiri, professor David Qriqoryan əvvəllər belə problem olmadığını bildirib. Əlavə edib ki, hər ayın 15-i, uazağı 21-nə qədər maaşlarını alıblar.

“2018-ci ilin dekabrında mərkəzin işçiləri həm noyabr, həm də dekabr ayları üçün əmək haqqı alıblar. Yanvar ayının əmək haqqı isə fevralın ortalarına qədər ödənilməli idi. Ancaq ay başa çatmaq üzrə olsa da, maaş hələ ki, yoxdur”, Qriqoryan bildirib.

Onlar bunun səbəbini mühasibatlıqla aydınlaşdırmağa çalışıblar. Cavab olaraq deyilib ki, dövlətlə müqavilə hələ imzalanmayıb, buna görə də maliyyələşmə yoxdur.

Tibb radiasiya və yanıq elmi mərkəzində çox az ödənişli xidmətlər olduğundan, büdcə əsasən dövlət sifarişi hesabınadır. Və əgər dövlət sifarişinə dair müqavilə imzalanmayıbsa, əmək haqqını ödəmək üçün sadəcə olaraq vəsait mövcud deyildir.

Tibbi işçilərinə müqavilə imzalamaq və maliyyə ala bilmək üçün hələ bir neçə günün lazım olduğunu bildiriblər. Görünür ki, mərkəzin heyətin maaşlarını yalnız mart ayında ala biləcəklər.

Onlar səhiyyə naziri Arsen Torosyana açıq məktub ünvanlayıblar, amma hələ ki, cavab almayıblar.

P.S.

Paylaş:
678

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilibBu gün, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparırBu gün, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTOBu gün, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırışBu gün, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edibBu gün, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJBu gün, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaqBu gün, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıbBu gün, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıbBu gün, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşübBu gün, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilibBu gün, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılırBu gün, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaqBu gün, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənirBu gün, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdiBu gün, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldıBu gün, 15:11Goranboyda qadın bıçaqlanıbBu gün, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTOBu gün, 14:19Qubada iki avtomobil toqquşubBu gün, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olubBu gün, 14:02
Bütün xəbərlər