Paşinyanın İrana rəsmi səfəri başlayıb | 1news.az | Xəbərlər
Ermənistan

Paşinyanın İrana rəsmi səfəri başlayıb

11:41 - 27 / 02 / 2019
Paşinyanın İrana rəsmi səfəri başlayıb

Ermənistanın baş naziri Nikol Paşinyan İrana rəsmi səfərə gedib.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, səfər iki gün davam edəcək.

O, bu gün İran prezidenti Həsən Ruhani ilə görüşəcək, danışıqlardan sonra mətbuat konfransı olacaq. Paşinyan Tehranda erməni icması ilə də görüşəcək.

İran parlamentinin spikeri Əli Laricani ilə görüş də gündəlikdədir.

Mehrabad hava limanında Paşinyan və həyat yoldaşını İranın energetika naziri Reza Ardekanyan qarşılayıb.

P.S.

 

Paylaş:
693

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər