Ruhani: İran Ermənistana qaz tədarükünün artırılmasına hazırdır | 1news.az | Xəbərlər
Ermənistan

Ruhani: İran Ermənistana qaz tədarükünün artırılmasına hazırdır

09:59 - 28 / 02 / 2019
Ruhani: İran Ermənistana qaz tədarükünün artırılmasına hazırdır

İran Ermənistana qaz tədarükünün artırılmasına hazır olduğunu bildirib.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bu barədə İran prezidenti Həsən Ruhani Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdə bəyan edib.

Bu qaz Ermənistanın istilik elektrik stansiyalarında istifadə olunur. Beləliklə, yeni qaz tədarükü Ermənistanla İran arasında bu sahədə barterin genişləndirilməsinə imkan verəcəkdir. İran tərəfi qazın Gürcüstana Ermənistandan tranzit üçün üçtərəfli əməkdaşlığı müzakirə etməyə hazır olduğunu bəyan edib.

Enerji sektorunda əməkdaşlıq perspektivli olaraq qalır. Burada İran-Ermənistan-Gürcüstan-Rusiya enerji dəhlizinin imkanları nəzərdən keçirilir. Bu qarşılıqlı fəaliyyət haqqında memorandum 2015-ci ildə imzalanıb. Araks çayında yerləşən Meqri hidroelektrik stansiyasının tikintisi də müzakirə olunub.

Başqa bir məsələ Ermənistan vasitəsilə Fars körfəzindən qara dənizə nəqliyyat dəhlizi ilə bağlı olub.

"Qeyd etmək lazımdır ki, hər iki ölkədə münasibətlərin inkişafı üçün böyük potensial və iradə mövcuddur. Biz məsul şəxslərə bütün bu məsələlər hökumətlərarası komissiyanın iclasına kimi müzakirə etməyi tapşırmışıq”, - Ruhani deyib.

İran prezidenti qeyd edib ki, iki ölkə Ermənistanın müstəqilliyi günündən bəri yaxşı qonşuluq münasibətlərini saxlayır. O, bu əlaqələrin yeni hökumət çərçivəsində inkişaf edəcəyinə əminliyini ifadə edib.

“Baş nazir ilə görüşdə biz İrana qarşı əsassız sanksiyalar məsələsində Ermənistanın mövqeyindən məmnun qaldıq. İki ölkəmizin məqsədi qarşılıqlı maraqlarla əlaqələrin inkişaf etdirilməsi və üçüncü bir ölkənin bu əməkdaşlığa müdaxilə etməsinə imkan verməməkdir ", - Ruhani deyib.

P.Sultanova

 

 

 

 

 

Paylaş:
775

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilibBu gün, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparırBu gün, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTOBu gün, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırışBu gün, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edibBu gün, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJBu gün, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaqBu gün, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıbBu gün, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıbBu gün, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşübBu gün, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilibBu gün, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılırBu gün, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaqBu gün, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənirBu gün, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdiBu gün, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldıBu gün, 15:11Goranboyda qadın bıçaqlanıbBu gün, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTOBu gün, 14:19Qubada iki avtomobil toqquşubBu gün, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olubBu gün, 14:02
Bütün xəbərlər