Şarmazanov: Hökumətin Qarabağa dair dəqiq həll konsepsiyası yoxdur
Ermənistanın baş naziri tərəfindən keçirilən hər bir görüşdən sonra yeni hakimiyyətin və baş nazir Paşinyanın Qarabağ münaqişəsinin həlli prosesi ilə bağlı dəqiq bir konsepsiyasının olmadığına dair nəzər nöqtəm daha da möhkəmlənir ki, bu da çox təhlükəlidir.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bunu Respublika partiyasının mətbuat katibi, sabiq vitse-spiker Eduard Şarmazanov deyivb.
“10 aydır baş nazir vəzifəsində olan şəxsin iştirak etdiyi görüşlərdə dəqiq gündəliyin olmadığını bəyan etməsi nə deməkdir?”, Şarmazanov bildirib.
Vurğulayıb ki, 9 mayda Xankəndində olarkən Paşinyan dərhal elan etdi ki, Dağlıq Qarabağ tam hüquqlu şəkildə danışıqlarda iştirak etməlidir:
"Hanı bəs? Cəmiyyətdə belə təəssürat yaranmışdır ki, keçmiş rəhbərlik çox bacarıqsız olub, Paşinyan gələcək və yarım saat sonra Bako Saakyan, Masis Mailyan (Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisində yaradılmış separatçı rejimin nümayəndələri) danışıqlar masasında olacaq. İndi soruşuram, bunu 9 mayda elan etdin və artıq bahar gəlir. Hanı bəs?".
P.S.