Koçaryan: Azərbaycan Prezidenti Paşinyanı məğlub edib | 1news.az | Xəbərlər
Ermənistan

Koçaryan: Azərbaycan Prezidenti Paşinyanı məğlub edib

15:58 - 04 / 03 / 2019
Koçaryan: Azərbaycan Prezidenti Paşinyanı məğlub edib

Ermənistanın baş naziri Nikol Paşinyan bütün vasitələrlə Qarabağ probleminin həlli üzrə danışıqlar aparıldığını gizlətməyə çalışır.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bu barədə həbsdə olan Ermənistanın ikinci prezidenti Robert Koçaryan müsahibəsində bildirib.

"Cəmiyyətə hələ ki Qarabağ münaqişəsinin nizamlanması üzrə hakimiyyət orqanlarının mövqeyi açıqlanmayıb və bu da narahatlıq doğurur. Mövqeyi konkretləşdirmədən necə uğurlu danışıqlar aparmaq olar?

Qarabağ münaqişəsinin həllində bir sıra əsas prinsiplər var ki, onlarla bağlı danışıqlara başlamazdan əvvəl hakimiyyət dəqiq yanaşmalara malik olmalıdır”, Koçaryan əlavə edib.

O hesab edir ki, Azərbaycan Prezidenti İlham Əliyev Paşinyanı məğlub edib:

“Düşənbədə "lift danışıqları" təmas xəttində etimad tədbirlərinin artırılması üçün Ermənistan tərəfinə əlverişli olan Vyana və Sankt-Peterburq razılaşmalarını dəfn etdi.

Belə hərəkətlərin səbəbinin nə olmasından asılı olmayaraq bu, bacarıqsızlıqdır. Hər iki halda da bu böyük bir səhvdir. Düşünürəm ki, Minsk qrupunun növbəti təklifləri xoşagəlməz olacaq”.

Koçaryan harda olmasına baxmayaraq Azərbaycanın işğal edilmiş torpaqlarını azad  etmək cəhdlərinə müdaxilə edəcəyini deyib.

P.Sultanova

 

 

 

Paylaş:
461

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilibBu gün, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparırBu gün, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTOBu gün, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırışBu gün, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edibBu gün, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJBu gün, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaqBu gün, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıbBu gün, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıbBu gün, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşübBu gün, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilibBu gün, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılırBu gün, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaqBu gün, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənirBu gün, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdiBu gün, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldıBu gün, 15:11Goranboyda qadın bıçaqlanıbBu gün, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTOBu gün, 14:19Qubada iki avtomobil toqquşubBu gün, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olubBu gün, 14:02
Bütün xəbərlər