Mnatsakanyandan Qarabağ münaqişəsi ilə bağlı provokativ bəyanat | 1news.az | Xəbərlər
Ermənistan

Mnatsakanyandan Qarabağ münaqişəsi ilə bağlı provokativ bəyanat

11:41 - 04 / 03 / 2019
Mnatsakanyandan Qarabağ münaqişəsi ilə bağlı provokativ bəyanat

Baş nazir Nikol Paşinyanın daha əvvəl Dağlıq Qarabağın (Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində yaradılmış separatçı rejim) danışıqlarda iştirakı məsələsini ifadə edən yanaşmaları olub. 

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan deyib.

O vurğulayıb ki, baş nazir Paşinyana Ermənistan vətəndaşları parlament seçkiləri ilə mandat verdilər və bu vəzifədə o, öz funksiyalarını həyata keçirəcəkdir.

"Paşinyan Ermənistanın sakinləri adından - Tavuşdan Syunikə qədər danışa bilər ... Lakin reallıq belədir ki, baş nazir Dağlıq Qarabağ “vətəndaşları” tərəfindən heç bir mandata malik deyil", - Mnatsakanyan qeyd edib, belə olan halda  Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdə nə etdiyinə isə aydınlıq gətirməyib.

Eyni zamanda, əlavə edib ki, Ermənistan istənilən halda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlarda tərəfi kimi öz öhdəliklərinin yerinə yetirilməsindən imtina etməyəcək: 

“Biz hər zaman qeyd etmişik ki, Ermənistan Dağlıq Qarabağın təhlükəsizliyinin əsas qarantı olub və qarantı olmaqda davam edəcək. Bizim əlimizlə yaradılmış  təhlükəsizlik mexanizmdən başqa heç bir mexanizm mövcud deyil. Ermənistan tərəfi üçün xüsusilə, fiziki təhlükəsizliyin təmin edilməsi əsas məsələdir".

Mnatsakanyan bəyan edib ki, hazırda hər hansı bir sənəd ətrafında danışıqlar aparılmır:

“May ayından başlayaraq biz danışıqlar prosesində heç bir anı təxirə salmadıq. Biz münaqişənin sülh yolu ilə həll olunması üçün məqsədəuyğun işləyəcəyik. Sülhə hər hansı bir alternativ istisna edilməlidir”.

P.Sultanova

Paylaş:
491

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilibBu gün, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparırBu gün, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTOBu gün, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırışBu gün, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edibBu gün, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJBu gün, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaqBu gün, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıbBu gün, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıbBu gün, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşübBu gün, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilibBu gün, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılırBu gün, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaqBu gün, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənirBu gün, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdiBu gün, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldıBu gün, 15:11Goranboyda qadın bıçaqlanıbBu gün, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTOBu gün, 14:19Qubada iki avtomobil toqquşubBu gün, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olubBu gün, 14:02
Bütün xəbərlər