“Gəncə - 2019-cu ilin Avropa İdman Şəhəri” layihəsinin təntənəli açılış mərasimi keçirilir
Martın 5-də - Bədən Tərbiyəsi və İdman Günündə Nizami yurdunda “Gəncə - 2019-cu ilin Avropa İdman Şəhəri” layihəsinin təntənəli açılış mərasimi keçirilir.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, Heydər Əliyev Park Kompleksində keçirilən açılış mərasimində Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyasının rəsmi nümayəndələri, Gürcüstanın Batumi şəhəri meriyasının təmsilçiləri, Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, eləcə də ölkəmizin tanınmış idmançıları, yerli və xarici qonaqlar iştirak edirlər.
S.Xankişiyeva
669