Poqasyan həbs edilib
Ermənistanın səhiyyə nazirinin keçmiş müavini Vaan Poqosyan vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinərək saxlanılıb.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, Xüsusi istintaq komitəsinin açıqlamasında söhbətin "Vərəmlə mübarizə üzrə milli mərkəz" də baş verən sui-istifadə hallarından getdiyi bildirilib.
Daha əvvəl bu müəssisədə audit yoxlamaları nəticəsində çoxsaylı maliyyə ittihamı və saxtakarlıqları aşkar edilib.
Tərtib edilən istintaq və məhkəmə tədbirləri zamanı oğurluqda şübhəli bilinənlərin şəxsiyyətini müəyyən etmək mümkün olub.
Poqosyan martın 7-də saxlanılıb, hazırda istintaq davam edir.
Qeyd edək ki, Poqosyan 2011-ci ilin dekabrından 2016-cı ilin noyabr ayına qədər nazir müavini vəzifəsində çalışıb. Bu müddət ərzində üç nazir dəyişib.
P.S.