“Fitch Ratings”: Amulsarla bağlı mübahisənin qalması Ermənistanda xarici investisiyalara problem yaradır
“Fitch Ratings” beynəlxalq reytinq agentliyi hesab edir ki, Amulsar qızıl mədəninin ətrafında mübahisənin həll olunmaması Ermənistanda xarici investisiyalar üçün problem yaradır.
1news.az xəbər verir ki, bu barədə reytinq agentliyinin açıqladığı hesabatda deyilir.
"Amulsar qızıl mədəni ətrafında ekoloji mübahisənin həlli üzrə mövcud qeyri-müəyyənliklərin azaldılması ixrac və xarici investisiya artımına götirə bilər”, deyə hesabatda vurğulanıb.
Xatırladaq ki, bu qızıl yatağı təhlükəli hesab edilir və Ermənistanda onun istismara verilməsinə qarşı dəfələrlə etiraz aksiyaları keçirilib. Erməni ekoloqlar da təhlükə barədə dəfələrlə xəbərdarlıq ediblər.
P.Sultanova
436