Layiqli qələbədən məğlubiyyətə çevrilən oyun – FOTO | 1news.az | Xəbərlər
İdman

Layiqli qələbədən məğlubiyyətə çevrilən oyun – FOTO

11:27 - 22 / 03 / 2019
Layiqli qələbədən məğlubiyyətə çevrilən oyun – FOTO

Xorvatiya və Azərbaycan AVRO-2020-nin seçmə qrup mərhələsinin ilk tur oyununda üz-üzə gəlib.

"Maksimir" stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb.

Görüş meydan sahiblərinin ərazi üstünlüyü ilə başlasa da, ilk real qol vəziyyətini Azərbaycan millisi yaradıb.

14-cü dəqiqədə cinahda topu qəbul edən Eddi İsrafilov qarşısındakı oyunçunu keçərək qapıçı ilə təkbətək çıxıb. Onun zərbəsini Lovre Kaliniç qaytarıb. Mahir Mədətovun təkrar zərbəsi isə alınmayıb.

20-ci dəqiqədə isə Azərbaycan millisi hesabı açıb. Sağ cinahla irəliləyən Ramil Şeydayev qüvvətli zərbə ilə topu tora göndərib. Bu qol tribunalarda sükuta səbəb olub.

Bu, Şeydayevin "Krılya Sovetov"un heyətində Rusiya Premyer Liqasındakı qolları da nəzərə alınmaqla, ardıcıl 4-cü oyununda 4-cü topu olub.

27-ci dəqiqədə meydan sahibləri bərabərlik qolunu vurmağa yaxın olublar. Lakin kapitan Luka Modriçin uzaqdan zərbəsi qapıdan azacıq aralı keçib.

35-ci dəqiqədə Bruno Petkoviç Azərbaycan millisinin cərimə meydançasına daxil olarkən, qonaq komandanın futbolçusu ilə mübarizədə özünü yerə atıb.

Bolqarıstanlı baş hakim Georgi Kabakov "davam" deyib və Petkoviçə şifahi xəbərdarlıq edib. 36-cı dəqiqəqə isə künc zərbəsindən sonra qapıya yönələn topu Səlahət Ağayev qapı xəttinin üzərindən çıxarıb.

Bu, meydan sahiblərinin qapıya doğru ilk zərbəsi olub. 41-ci dəqiqədə Borna Barişiçin cinah ötürməsindən sonra Petkoviçin baş zərbəsi təhlükəli alınıb. Onun zərbəsi qapıdan yan keçib.

44-cü dəqiqədə isə meydan sahibləri bərabərlik qolunu vurublar. Künc zərbəsindən sonra ilk zərbəni müdafiəçilər qaytarsalar da, Borna Barişiç yaxın məsafədən təkrar zərbə ilə hesabda tarazlığı təmin edib.

İkinci hissə də Xorvatiya yığmasının hücumları ilə başlayıb. 47-ci dəqiqədə cərimə zərbəsindən sonra Duye Çareta-Tsarın baş zərbəsi qapının üstündən keçib.

Bundan 2 dəqiqə sonra isə Andrey Kramariçin cinah keçidindən sonra endirdiyi topu Ağayev tutub. 50-ci dəqiqədə qapı qarşısına ötürmədən sonra Petkoviçlə Ağayev toqquşaraq yerdə qalıblar.

Həkim müdaxiləsindən sonra onlar oyunu davam etdirə biliblər. 56-cı dəqiqədə Luka Modriçin yerinə yetirdiyi cərimə zərbəsindən sonra Ağayev topu çətinliklə dəf edə bilib.

58-ci dəqiqədə Azərbaycan millisi daha bir qol imkanı qazanıb. Eddi İsrafilov əlverişli mövqedə olan Dmitri Nazarovu zərbə mövqeyinə çıxarıb.

Lakin Nazarovun yaxın məsafədən zəif zərbəsi qapının yanından keçib. Bundan dərhal sonra o, yerini Araz Abdullayevə verib. Bu, qonaq komandanın ilk oyunçu dəyişikliyi olub.

63-cü dəqiqədə Petkoviçin zərbəsini Ağayev dəf etməyi bacarıb. 68-ci dəqiqədə oyunda ilk sarı vərəqə qeydə alınıb. Maksim Medvedev kobud oyuna görə cəzalanıb.

Bundan 1 dəqiqə sonra meydan sahibləri ilk əvəzləməyə əl atıblar. Petkoviçi Ante Rebiç əvəzləyib. 73-cü dəqiqədə komandalar hərəyə bir dəyişiklik ediblər.

Meydan sahiblərindən Mateo Kovaçiçi Nikola Vlaşiç, qonaqlardan isə Riçard Almeydanı Emin Mahmudov əvəzləyib. 75-ci dəqiqədə Modriçin zərbəsini yenə Ağayev dəf edib.

Bununla belə, 79-cu dəqiqədə meydan sahibləri istəklərinə çatıblar. Andrey Kramariç cərimə meydançasına daxil olaraq, topu uzaq küncə göndərib.

Qoldan sonra qonaqlar hücumlar qurmağa çalışıblar. 83-cü dəqiqədə künc ötürməsindən sonra Rahil Məmmədovun baş zərbəsi qapıdan yan keçib.

88-ci dəqiqədə Xorvatiya millisinin cərimə zərbəsindən sonra İvan Perişiç zərbə mövqeyinə çıxıb. Lakin onun zərbəsi qapıdan yan keçib.

Bundan dərhal sonra baş məşqçi Nikola Yurçeviç son dəyişikliyə əl atıb. Qara Qarayevi Rüfət Dadaşov əvəzləyib.

Lakin yenə hücumlar kəsərsiz olub. Referinin artırdığı 3 dəqiqə dünyanın ən yaxşı futbolçusu Modriçin yerini Milan Badelə verməsi səbəbindən azarkeşlərin alqışları ilə əlamətdar olub.

Bu zaman hücumda olan Azərbaycan yığması son şanslarından yararlanmağa çalışıb. Lakin cəhdlər nəticə verməyincə baş hakim oyunun yekun nəticəsini bildirən fitini səsləndirib.

Beləliklə, Azərbaycan millisi AVRO-2020-nin seçmə mərhələsinə məğlubiyyətlə başlayıb. Amma Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv dünyanın ikinci ən güclü komandasına layiqli müqavimət göstərməyi bacarıb.

Report.az

S.Xankişiyeva

Paylaş:
479

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər