İraqda qayıq faciəsi 93 nəfərin həyatına son qoyub – FOTO
Mosuldan keçən Dəclə çayındakı qayıq qəzasında həlak olanların sayı artır.
Hazırda 93 nəfərin öldüyü bilinir. Bundan əlavə, qəzanın görüntüləri üzə çıxıb.
Qəza ilə bağlı 9 nəfər saxlanılıb. Baş nazir Adil Abdulmehdi hadisə ilə bağlı istintaqda şəxsən iştirak etmək Mosula səfər edib. Bundan başqa baş nazir Mosulda yüksək rütbəli hərbçilərlə iclas keçirdi.
Yerli mətbuat 50 nəfərlik qayığa 170 nəfərdən çox sərnişinin mindiyini yazır. Rəsmi mənbələr isə qəza ilə bağlı heç bir açıqlama vermir.
RİA Novosti
S.Xankişiyeva
446