20 Yanvar faciəsinin təşkilatçısına 10 il həbs cəzası verildi | 1news.az | Xəbərlər
Dünya

20 Yanvar faciəsinin təşkilatçısına 10 il həbs cəzası verildi

15:06 - 27 / 03 / 2019
20 Yanvar faciəsinin təşkilatçısına 10 il həbs cəzası verildi

Keçmiş SSRİ-nin müdafiə naziri, 94 yaşlı Dmitri Yazov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Litvanın Vilnüs şəhər dairə məhkəməsi 1991-ci ilin yanvarında Vilnüsdə törədilən qırğına görə onun barəsində belə bir hökm çıxarıb.

Litva Baş Prokurorluğu isə keçmiş müdafiə nazirinin ömürlük həbs edilməsini istəyib.

Qeyd edək ki, D.Yazov 1990-cı il yanvarın 20-də Bakıda və Azərbaycanın başqa rayonlarında törədilən qırğınlara başçılıq edənlərdəndir.

TASS

S.Xankişiyeva

 

Paylaş:
525

Son xəbərlər

Bütün xəbərlər