Dünyanın ən böyük qaçqın düşərgəsi bağlana bilər | 1news.az | Xəbərlər
Dünya

Dünyanın ən böyük qaçqın düşərgəsi bağlana bilər

17:26 - 27 / 03 / 2019
Dünyanın ən böyük qaçqın düşərgəsi bağlana bilər

Keniya hökuməti növbəti dəfə bu ölkədə yerləşən və dünyanın ən böyük qaçqın düşərgəsi hesab edilən Dadaab düşərgəsini bağlamağa hazırlaşır.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, hökumətin bu barədə müraciəti BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığına (BMT QAK) daxil olub. Beynəlxalq təşkilatdan verilən məlumata görə, qaçqın düşərgəsinin bağlanması növbəti yarım il üçün planlaşdırılır. Keniya hökuməti BMT QAK-a bu düşərgədə məskunlaşan 230 min qaçqının başqa yerlərə köçürülməsi prosesini sürətləndirməyi xahiş edib.

Qeyd edək ki, hələ 2016-cı ildə Keniya hökuməti Dadaab düşərgəsini bağlayacağını elan etmişdi. Həmin vaxt Somalidə hökumətə qarşı vuruşan qiyamçıların gizlənmə və öz sıralarına yeni üzvlərin qəbulu üçün düşərgədən sui-istifadə edilməsi iddia olunurdu. Lakin Keniyanın Ali Məhkəməsi hökumətin bu planını rədd etdi və düşərgənin bağlanmasını ölkənin beynəlxalq öhdəliklərini pozması və qaçqınların təqibi kimi dəyərləndirdi.

Əslində 90 min qaçqın üçün nəzərdə tutulan və Keniyanın Somali ilə sərhədləri ilə yaxınlığında yerləşən düşərgədə əsasən vətəndaş müharibəsi və quraqlığa görə Somalidən qaçmış insanlar məskunlaşıb.

1news.az

Paylaş:
530

Sizin üçün xəbərlər

Son xəbərlər

Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49
Bütün xəbərlər