“Avro 2020” seçmə mərhələsinin ikinci turunun növbəti oyunları keçirilib | 1news.az | Xəbərlər
Futbol

“Avro 2020” seçmə mərhələsinin ikinci turunun növbəti oyunları keçirilib

10:35 - 27 / 03 / 2019
“Avro 2020” seçmə mərhələsinin ikinci turunun növbəti oyunları keçirilib

Martın 26-da "Avro 2020" seçmə mərhələsinin ikinci turunun növbəti oyunları keçirilib.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, dördqat dünya çempionu İtaliya millisi autsayder Lixtenşteyn seçməsini qəbul edib.

Görüş italyanların böyük hesablı qələbəsi ilə başa çatıb - 6:0.

"Skuadra Adzurra"ın heyətində Stefano Sensi (17), Marko Veratti (32), Quagliarella (35, 45 - hər ikisi penalti), Moise Kin (70) və Leonardo Pavoletti (76) fərqləniblər.

Bu qələbə sayəsində İtaliya millisi xalların sayını 6-ya çatdıraraq turnir cədvəlində birinci, Lixtenşteyn seçməsi isə sıfır xalla sonuncu - 6-ci yerdə qərarlaşıb.

Günün digər oyunlarında aşağıdakı hesablar qeydə alınıb:

"D" Qrupu

İrlandiya - Gürcüstan - 1:0;

İsveçrə - Danimarka - 3:3.

"F" Qrupu

Rumıniya - Farer adaları - 4:1;

Norveç - İsveç - 3:3;

Malta - İspaniya - 0:2.

"J" Qrupu

Ermənistan - Finlandiya - 0:2;

Bosniya və Herseqovina - Yunanıstan - 2:2;

İtaliya - Lixtenşteyn - 6:0.

1news.az

Paylaş:
709

Son xəbərlər

Bütün xəbərlər