Gənc yunan-Roma güləşçilərimiz Dağıstanda güclərini sınayacaqlar | 1news.az | Xəbərlər
İdman

Gənc yunan-Roma güləşçilərimiz Dağıstanda güclərini sınayacaqlar

17:41 - 04 / 04 / 2019
Gənc yunan-Roma güləşçilərimiz Dağıstanda güclərini sınayacaqlar

Aprelin 5-də Dağıstanın Kaspiysk şəhərində gənc yunan-Roma güləşçiləri arasında Surakat Asyatilovun xatirə turnirinə start veriləcək.

Azərbaycan Güləş Federasiyasından 1news.az-a verilən məlumata görə, aprelin 7-dək davam edəcək ənənəvi yarışda ölkəmizi gənclərdən ibarət yığmamızın böyük məşqçisi Nurəddin Rəcəbov və məşqçi Zöhrab Abbasovun rəhbərliyi altında Zaur Əliyev, Rəvan Rəcəbov (hər ikisi 55 kq), Zaur Nuriyev (63 kq), Ramin İsrayilov (67 kq), Cavid Miralayev (77 kq), Şirxan Quliyev (82 kq) və Sərxan Məmmədov (130 kq) təmsil edəcəklər.

Turnirdə beynəlxalq dərəcəli hakim Cəlal Bahadurov ədaləti qoruyacaq.

1news.az

Paylaş:
675

Son xəbərlər

Bütün xəbərlər